Dərc edildi: Baxış sayı: 595
Aşıq Musa - Sultanım
Bir bivəfa yar ucundan
Yetişdim cana, sultanım.
Du çeşmi-xumar ucundan
Düşdüm zindana, sultanım.
Üzündə qoşa xalını,
Əmim ləblərin balını.
Bir də görsəm camalını,
Gəlləm imana, sultanım.
Mən olmuşam bəxti qara,
Gül meylini verməz xara.
Rəhmin gəlsin, yetir yara,
Yazıq Musana sultanım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət