Dərc edildi: Baxış sayı: 644
Aşıq Musa - Kəklik
Baharın gülşən çağında
Nə oxursan, sona Kəklik!
Avazın gəldi xoşuma,
Yaşayasan sən, a Kəklik!
Kəklik məskən salıb daşa,
Sürmə çəkib gözə, qaşa.
Bu dövranın yetməz başa,
Ovçu gəldi, sin, a Kəklik!
Musa söz deyər bəsinən,
Kəklik ötür həvəsinən.
Elə oxudun səsinən,
Cuşa gəldi sinə, Kəklik!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət