Dərc edildi: Baxış sayı: 518
Aşıq Musa - Gülə-gülə
Xudam səni nə xoş gündə yaradıb,
Salıbdı cahana, ay gülə-gülə.
Gözəllikdə Yusif sənə tay olmaz,
Almısan qüdrətdən pay, gülə-gülə.
İnanmıram müşkül işlər düzələ,
Təbib sənsən, gəl yaramı təzələ,
Mən nə deyim sənin kimi gözələ,
Elədin ömrümü zay gülə-gülə.
Uca boylu, tuti dilli bəxtəvər,
Sənə qurban evim, malım, hər nə var,
Aşıq Musa deyər, gül yanaqlı yar,
Sən getir, mən içim çay gülə-gülə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət