Dərc edildi: Baxış sayı: 454
Aşıq Mürsəl - Şirin-şirin
Səhər-səhər badi-səba əsəndə,
Köksünü köksümə gər şirin-şirin.
Qoy duraq göz-gözə, xəyala varaq,
Ağ üzündən busə ver şirin-şirin.
Sənsən var-dövlətim, binadarlığım,
Sən mənimlə olsan, yox qaranlığım.
Günü-gündən cavanlaşır varlığım,
Hər mənə deyəndə yar, şirin-şirin.
Kolanı Mürsələm, ay boyu bəstə,
Bəxtimə tuş olub sən tək növrəstə.
Gətir tər buxağı qoy üzüm üstə,
Qarışsın cismimə tər, şirin-şirin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət