Dərc edildi: Baxış sayı: 641
Apple iPhone 12-i sınaqdan keçirir
Xeberler.az bildirir ki, "Apple" korporasiyası "iPhone 12" üçün Çinin "BOE Technology Group" şirkətinin istehsalı olan OLED displeylərin sınaqdan keçirilməsi üzrə yekun mərhələdədir. Bu barədə "Nikkei" dərgisi məlumat verib. Məlumata görə, ABŞ korporasiyası Çin məhsulunun köməyi ilə öz smartfonlarında Cənubi Koreyanın "Samsung" şirkəti tərəfindən tədarük olunan OLED displeyləri əvəz etmək istəyir. Hazırda "BOE" şirkəti "Huawei Mate X" qabaqcıl smartfonu üçün displeylər tədarük edir. ABŞ-da OLED displeylər istehsal edilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət