Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotik qəbul edənlər bunlara diqqət etsin

Antibiotik qəbul edənlər bunlara diqqət etsin
Sakura

Antibiotik qəbul edənlər bunlara diqqət etsin

Antibiotik qəbulu, xüsusilə də ehtiyac olmadığı təqdirdə onlardan istifadə orqanizmdə bir çox problemlərə səbəb olur. Ona görə də mütəxəssislər hər zaman həkim təyinatı olmadan antibiotik qəbul etməyin böyük fəsadlara yol açacağını vurğulayırlar.

Hətta həkim təyinatı ilə, qədərində istifadə olunsa belə, antibiotiklərin orqanizmə bir çox yan təsirləri olur. Bəs həmin təsirləri aradan qaldırmaq, minimuma endirmək üçün nə etmək lazımdır? Mütəxəssislərə görə, bunun üçün qəbul edilən qidalara diqqət etmək lazımdır.  

Antibiotik qəbul edilən dövrdə qidalanmada nələrə diqqət olunmalıdır?

Antibiotiklər hər şeydən əvvəl bağırsaqlarda yararlı bakteriyaların azalmasına, yararlı və zərərli bakteriyalar arasında balansın pozulmasına səbəb olur. Ona görə də düzgün qidalanma çox önəmlidir.

Yəqin çoxlarına məlumdur ki, antibiotik qəbul edən zaman mədədə bulanma, ishal, iştaha pozğunluğu kimi problemlər yaranır. Bütün bunlar bağırsaqlarda bakteriya balansının pozulmasının əlamətləridir.

Normal bakteriya mühitini bərpa etmək üçün antibiotik qəbul edən zaman və sonrakı dövrdə probiotiklərlə, K vitamini ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur.

Hesab edilir ki, bu qidalar zərərli bakteriyaların problemlərə yol açmasının qarşısını almağa qadirdir.

Məhz probiotiklər - qatıq, pendir, kefir, turşular bakteriya mühitini yenidən normal hala qaytarar.

Yulaf, soğan, banan kimi qidaların da eyni təsirə malik olduğu bildirilir.

Bəzi bağırsaq bakteriyaları qanın laxtalanmasında mühüm rol oynayan K vitamini istehsal edir. Antibiotiklər bağırsaqlardakı bakteriya balansının pozduğu üçün K vitamini azlığı yarada bilər. Ona görə də antibiotik istifadə edən zaman K vitamini qaynağı olan tünd yaşıl yarpaqlı göyərtilərdən faydalanmaq vacibdir.

Mətli, lifli meyvə, tərəvəzlər antibiotiklərin həzmi sisteminə, bağırsaqlara yan təsirlərinin qarşısını almağa yardım edir.

 

Mənbə: E-tibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR