Slimfit
  1. ARAŞDIRMA

Antalyada Azərbaycan şəhidləri abidəsi açılacaq

Antalyada Azərbaycan şəhidləri abidəsi açılacaq
Sakura

Antalyada Azərbaycan şəhidləri abidəsi açılacaq

Antalya Kəpəzdə Azərbaycan şəhidləri abidəsi açılır. Kəpəz bələdiyyə başqanı millət vəkili Q.Paşayevanın təklifini nəzərə aldıqlarını və yaxın zamanlarda Azərbaycan küçəsi və parkının da açılacağını deyib.

“Azərbaycan Cümhuriyyəti 100, Azərbaycan şəhidlərini anma” tədbirləriində iştirak etmək üçün Antalyaya səfərə gedən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Kəpəz bələdiyyə başçısı Hakan Tütüncü ilə görüşüb. Görüşdə bələdiyyə başqanı millət vəkili Q.Paşayevanın, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysalın Kəpəzdə Antalyalı Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini yerinə yetirdiklərini və bir neçə gün sonra birlikdə bu abidəni açacağıq deyib. Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.

Millət vəkili Q.Paşayevanın Kəpəzdə Azərbaycan küçəsinin və parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə Kəpəz bələdiyyə başqanı onun qısa zamanda reallaşağını bildirib. Azərbaycanı çox sevdiyini deyən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət və görməkdən məmnun olarıq deyib. Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib.

İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Kəpəz arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Görüşün sonunda bələdiyyə başqanı millət vəkili Q.Paşayevaya Türk Milli Futbol Klubunun ilk formasını, millət vəkili isə ona Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar hədiyyə edib. Millət vəkili Q.Paşayeva eyni zamanda Antalyada bir sıra təşkilatların rəhbərləri ilə də görüşüb.

Mənbə: Minval.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR