Slimfit
  1. DÜNYA

Antalyada 3600 yaşlı batmış gəmi tapılıb

Antalyada 3600 yaşlı batmış gəmi tapılıb
Sakura

Antalyada 3600 yaşlı batmış gəmi tapılıb

Antalya sularında içində mis külçələr olan və miladdan əvvəl 1600-cü illərə aid edilən 14 metrlik batmış gəmi aşkara çıxarılıb.   12-14 metr hündürlüyü olan gəminin standart Tunc dövrü ticarət gəmisi olduğu bildirilir.

 Bu barədə Antalya valisi Münir Karaloğlu mətbuat konfransında məlumat verib.

O deyib ki,  Kəmər qəsəbəsində Akdeniz Universiteti Sualtı Araşdırmalar Mərkəzinin fəaliyyəti nəticəsində şəhərin qərbində batmış gəmi tapılıb. Ona “Qərbi Antalya batığı” adı verilib. Bu, sualtı arxeologiyaya yeni cığır açacaq bir nemətdir.

Bundan əvvəlki ən qədim batmış gəmi də Antaliyada tapılıb. Uluburun adlandırılan bu gəminin bizim eradan əvvəl 1400-ci ilə aid olduğu fərz edilir. Oradan çıxarılan tapıntılar Bodrum Sualtı Əsərlər Muzeyində sərgilənir.

Bu batmış gəmi isə Uluburundan 200 il daha qədimdir. Söhbət 3600 yaşlı bir gəmidən gedir. Gəminin uzunluğu 14 metr, daşıdığı mis külçələrin ağırlığı isə 1,5 tondur.

Kipr mədənlərindən çıxarılıb gəmiyə yülklənən mis yüklü gəminin Krit və ya Egey dənizi sahillərindəki bir limana gedərkən fırtınada batdığı güman edilir.

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR