Slimfit
  1. TEXNOLOGİYA

Android Oreo-nun yeni gizli təkmilləşdirilmiş funskiyaları

Android Oreo-nun yeni gizli təkmilləşdirilmiş funskiyaları
Sakura

Android Oreo-nun yeni gizli təkmilləşdirilmiş funskiyaları

Android ƏS-nin yeni versiyası çıxandan sonra çoxları smartfonlarını yeniləyib dəyişiklik və yenilikləri görmək istəyir. Lakin bütün dəyişiklikləri görmək olmur. Hər yenilikdə çoxlu görünməz dəyişikliklər var. Anroid Oero-da həqiqətən vacib yaxşılaşmalar var ki, biz də bu barədə sizə siyahı təqdim edirik.

Google şirkətini narahat edən ən ciddi qayğı mobil ƏS-nin təhlükəsizliyi və zərərli proqramlardan qorunmasıdır. Təcrübəli istifadəçilər sadə qaydalar barədə bilir: naməlum mənbələrdən proqram quraşdırmamaq və göndərəni naməlum məktublardakı faylları açmaq olmaz. Lakin Android Oero təcrübəsi daha aşağı olan istifadəçiləri də qoruya bilir:

1. Android Oero-da SSLv3 dəstəyi artıq yoxdur. Bu protokol artıq köhnəlib və təhlükəsiz hesab edilmir. Onu daha təhlükəsiz protokol TLS 1.2 əvəz edib. Bu o deməkdir ki, Android Oero idarəetməsi altında olan smartfon təhlükəsiz olmayan serverlərə sadəcə olaraq qoşulmayacaq.

2. Android 8.0-da bütün proqramlara filtr tətbiq olunur ki, proqramların nüvə ilə qarşılıqlı əlaqəsi məhdudlaşdırılır. İndi zərərli proqramların sistemə root giriş alması çətinləşib.

3. Veb kontenti göstərən proqramlar üçün sandbox (virtual mühit) yaradılıb. İndi o ancaq bu sandbox-da göstərilir, bu da onun istənilən məlumata girişi məhdudlaşdırılıb. Sizin informasiyanızı oğurlamaq istəyən sayt sadəcə olaraq heç nə tapmayacaq.

4. İcra olunan proqramlar root-da yerləşən proqramların məlumatlarına girişi əldə edə bilməyəcəklər. Proqramı harda axtarmağı bilməyəndə ondakı hansısa boşluğu istifadə etmək çətin olur.

5. Android Oreo indi istifadəçilərin unikal identifikasiya məlumatlarını müxtəlif formada emal edir. Əvvəlki versiyalarda cihazın quraşdırılması zamanı bir unikal identifikator yaradılırdı və bu daimi idi. Oreo-da identifikatorlar proqramı hazırlayanların imzaları əsasında yaradılır. İndi hər Android ID-si birdəfəlikdir və onu generasiya edən proqramdan izolyasiya olunub. Bu o deməkdir ki, artıq proqram hazırlayanlar bir proqramın vasitəsilə digər proqramları izləyə bilməyəcək.

6. Naməlum mənbələrdən proqramların quraşdırılması prosesi tamamilə yenilənib. Bütün bunlar daim çıxan təhlükəsizlik patçları ilə məcmu şəkildə işləyəcək.

Görünür ki, Android Oreo həqiqətən əhəmiyyətli dərəcədə təhlükəsiz olub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR