Slimfit
  1. TEXNOLOGİYA

Endi Rubi smartfonlardan asılılığı smartfonla sağaltmağa çalışdı

Endi Rubi smartfonlardan asılılığı smartfonla sağaltmağa çalışdı
Sakura

Endi Rubi smartfonlardan asılılığı smartfonla sağaltmağa çalışdı

Android ƏS-nin və Essential startapının yaradıcısı əmindir ki, süni intellekt gələcəkdə insanların smartfondan asılılığını cilovlayacaq. Bu haqda o Bloomberg-ə olan müsahibəsində danışıb. Rubinin sözlərinə görə bir çox prosesləri avtomatlaşdırmağa qadir olan yeni Essential Phone smartfonunun çıxması smartfondan asılılığı aradan götürməyə yönəlmiş mərhələlər zəncirində ilk olacaq.

“Əgər mən smartfonu öz sahibinin virtual profilinə çevriləcək qədər personallaşdırmağa nail olsam əla olacaq, - Rubin deyir. Onda siz telefona toxunmadan şam yeməyi yeyə biləcəksiniz, axı o sizin bütün işlərinizi görəcək”. Rubin deyir ki, son nəticədə smartfonla əlaqənin azalması onlara olan psixoloji bağlılıqdan qurtulmağa gətirib çıxaracaq.

Essential Phone Endi Rubinin şirkətinin ilk məhsulu oldu. Smartfon həm xarici, həm də daxili cəhətdən maraqlı oldu. Hər şeydən əvvəl onu keramo-titan korpus, ön panelin 85%-ni tutan əla displey və Android 7.0 versiyası fərqləndirir. Aparat platforması qismində isə 8 nüvəli 835 prosessor və 6Qb Ram seçilib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR