Slimfit
  1. AZƏRBAYCAN

Anar: “Babamın şəklini "Siyasi qurbanların xatirəsi muzeyi”ində gördüm”

Anar: “Babamın şəklini "Siyasi qurbanların xatirəsi muzeyi”ində gördüm”
Sakura

Anar: “Babamın şəklini "Siyasi qurbanların xatirəsi muzeyi”ində gördüm”

“Mən o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri - Stalin, Kirov və başqaları dağıdılmasın, bu “KQB”-nin həyətində yığsınlar onları saxlasınlar”. 

ONA-nın məlumatına görə bunu Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. 

Onun sözlərinə görə, onların heykəlləri orda qalmalı və ibrət dərsi olmalıdır: “Biz kədərli, qəmli bir yerdəyik, amma mən sevinc hissi keçirirəm. Sevinc hissi keçirirəm ki, günahsız yerə tələf olmuş, məhv olmuş insanlarımızın xatirəsinə vicdan borcumuzu qaytarırıq. Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı”.

“Bu muzey də bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu heç bir vaxt bu hal tarixdə təkrar olunmamalıdır. Mən niyə bunu xüsusi vurğulayıram? Çünki bilirsiz, indi qonşu ölkələr müəyyən dərəcə Stalin repressiyalarına haqq qazandırmaq kimi təşəbbüsləri var. Düzdü, filan qədər adam ölüb, amma bu zərurət idi. Heç bir halda insan təlafatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar. Ona görə də belə bir muzeyə görə mən bir daha təşəkkür edirəm”, - xalq yazıçısı əlavə edib.
 
Anar muzeydə babasının şəklini gördüyünü də qeyd edib: “Mən burada babam – Azərbaycanın ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz bu ayda mayın 20-də 1920-ci ildə Nargin adasında güllələnmişdir. Allah ona da, hamısına da rəhmət eləsin”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR