Dərc edildi: Baxış sayı: 531
Anadan evə gələn oğlunun dostları üçün ağlasığmaz müqavilə
“Reddit” sosial şəbəkəsinin istifadəçilərini bir qadının yazısı qəzəbləndirib. O, evə gələn oğlunun dostlarına müqavilə imzalamağı təklif edib.
4 bənddən ibarət sənəddə bildirilir ki, qonaq digər insanlara toxunmamalı, onları qıdıqlamamalıdır, məişət avadanlıqlarına yüksək səs verməməli, heç kəsin qabağına çılpaq çıxmamalıdır və ümumiyyətlə sakit danışmalıdır. Qadın ona ünvanlanan şikayətlərə də qadağa qoyub. Əğər qonağın hansısa bir təklifi olarsa onu sakit və nəzakətli tonda ifadə etməlidir.
“Reddit” istifadəçiləri şərhlərində müqaviləni “ağılsız” adlandırıblar və belə ananın uşağı olmağı “dəhşətli” hesab ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət