Slimfit
  1. DÜNYA

Alyaskadan olan hakim Prezident Trampın sərəncamını ləğv edib

Alyaskadan olan hakim Prezident Trampın sərəncamını ləğv edib
Sakura

Alyaskadan olan hakim Prezident Trampın sərəncamını ləğv edib

Alyaska ştatından olan federal hakim Şeron Qlison Prezident Trampın Şimal Buzlu Okeanında neft hasilatına qoyulan qadağanın götürülməsi barədə sərəncamını ləğv edərək, bu sənədi qeyri-qanuni adlandırıb.

AZƏRTAC xəbər verir ki, hakimin qərarı sabiq Prezident Barak Obamanın siyasətini toxunulmaz saxlayır. Həmin qərara görə, Arktika və Atlantik suları, o cümlədən Çukot dənizi, Bofort dənizinin Arktikadakı bir hissəsi və Atlantik okeanının ABŞ-ın şərq sahillərindəki geniş zolağı neft qazıntıları üçün bağlıdır.

Ş.Qlison bəyan edib ki, Trampın neft qazıntıları üçün daha böyük sahələrin açılmasını nəzərdə tutan sərəncamı “qeyri-qanunidir, çünki bu, prezident səlahiyyətlərindən kənara çıxır”. Məhkəmənin qərarında deyilir ki, dinləmələrin yekununa görə, bu ərazilərdə qazıntılara qadağa tam qüvvədə qalacaq və Konqres tərəfindən ləğv edilməyənədək fəaliyyət göstərəcəkdir.

1953-cü ildəki qanuna müvafiq olaraq, sabiq Prezident Barak Obama tərəfindən ABŞ-ın Şimal Buzlu Okeanında Alyaska yaxınlığındakı sularında qazıntı işlərinə müddətsiz qadağa oqyulması qərarı 2016-cı ilin dekabrında qəbul edilib. Xarici kontinental şelf torpaqları barədə qanun prezidentə kommersiya istifadəsi üçün ofşor zonaların müsadirə edilməsi səlahiyyətini verir. Hazırkı Prezident Donald Trampın 2017-ci ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq, administrasiya qazıntılara qoyulan qadağanı götürüb. Tramp öz göstərişini onunla əsaslandırıb ki, bu, ABŞ iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək, həmçinin minlərlə iş yerinin açılmasına şərait yaradacaq. O zaman Tramp bəyan etmişdi ki, dəniz ərazilərinin 90 faizi kəşfiyyat və hasilat işləri üçün bağlı qalmaqdadır, bu isə ölkəni bir neçə min potensial iş yerlərindən və milyardlarla dollardan məhrum edir.

Sabiq Prezident Barak Obama tərəfindən 2015-ci və 2016-cı illərdə verilən ekoloji qadağalar ağ ayıların, morjların, suitilərin və güzəranları yerli flora və faunadan asılı olan Alyaska sakinlərinin kəndlərinin ekologiyasının mühafizəsinə yönəldilib.

Yusif Babanlı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR