Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alkoqol istifadəsinin piylənməyə gətirib çıxaran 4 səbəbi

Alkoqol istifadəsinin piylənməyə gətirib çıxaran 4 səbəbi
Sakura

Alkoqol istifadəsinin piylənməyə gətirib çıxaran 4 səbəbi

Əlbəttə ki, siz alkoqolun piylənməyə səbəb olduğu barədə eşidibsiniz. Amma bu nə üçün baş verir? İndi bunu aydınlaşdıracağıq.

  1. Alkoqol özlüyündə yüksək kalorili bir məhsuldur

Məsələn: bir qədəh quru şərabın kalorisi 160 kkal, araq piyaləsi 115 kkal, konyak və ya viski porsiyası 120-130 kkal-dir. Ən kalorili olanlar kokteyllərdir, çünki onlara şirin şərbət, likör və qazlı su əlavə edirlər. Məsələn: “Marqarita” porsiyasında 200 kkal var. Bu alkoqol tarixçəsində pivə xüsusi yerə malikdir: yüksək olmayan kalorililiyinə baxmayaraq (100ml üçün 45 kkal) pivə böyük həcmdə istifadə olunur. Bir butulka və ya banka artıq 225 kkal-dır, iki butulka - 450 kkal, bu isə orta çəkili kişinin gündəlik rasionunun 25%-dir. Bununla belə alkoqol toxluq hissi yaratmır - beləliklə pivə qarını formalaşır.

  1. Alkoqol orqanizmdəki mübadilə proseslərini pozur

Alkoqol qana daxil olaraq piylər, karbohidratlar, zülallar, fermentlərin metabolizminə təsir göstərir: hüceyrə mübadiləsini pozur. Alkoqol mürəkkəb kimyəvi reaksiyalar prosesində piy və karbohidratları əvəz edir və qaraciyər enerji ehtiyatını təxirə salaraq ilk növbədə onu parçalamağa başlayır. Bundan başqa, alkoqolun 5%-i birbaşa piy turşusuna, 1%-i isə xolesterola çevrilir. İçməyə qərar verdiniz? Unutmayın: orqanizm üçün alkoqol yeməkdir və prioritet qaydada həzm olunur.

  1. Alkoqol orqanizmi susuzlaşdırır

Susuzlaşma bir neçə səbəbdən artıq çəkiyə səbəb olur: birincisi, orqanizmin hüceyrələri tükənir, nəticədə bədəniniz əlavə qidanın lazım olmasını səhv hesablamağa başlayır. Siz aclıq hiss edirsiniz, əslində orqanizmə lazım olmayan yeməyi udmağa başlayırsınız, bu da artıq yeməyə səbəb olur. İkincisi, susuzlaşma - böyrəklər üçün stressdir, onlar su çatışmadıqda ifraz funksiyasını yerinə yetirə bilmirlər. Böyrəklərin kollapsına qaraciyər reaksiya verir ki, o da öz növbəsində metabolizmi yavaşıdır. Susuzlaşma artıq çəkidən əlavə qandakı xolesterolun səviyyəsinin artmasına gətirib çıxarır: tükənmiş hüceyrələr dağılır və qaraciyər onları düzəltmək üçün xolesterol hazırlamağa başlayır.

  1. Alkoqol nəzarət səviyyəsini azaldır

İki qədəh şərab və ya bir butulka pivədən sonra heç kəs özünü saxlaya bilmir və pizza porsiyası, çips, qoz-fındıq, qanad, qabırğa və s. - yağlı, şirin və duzlu yeməkdən imtina edə bilmir. Axı bu qəlyanaltıdır (yüksək kalori miqdarı), onsuz mümkündürmü? Bundan başqa, kişilərin əksəriyyəti gecə saatlarında alkoqoldan istifadə edirlər. Alkoqol axşam iştahı artırır, bu da əlavə çəki üçün əlavə amilə çevrilir.

Bilmək vacibdir!

Ens.az bildirir ki, kişilər qarın tipinə görə çəki qazanırlar. Yəni, kişilərdə piy qarın nahiyəsində yğılır, bu da təkcə fiqur üçün deyil, sağlamlıq üçün də pisdir. Buna baxmayaraq, çəki artımı forması piylənməyə səbəb olan məhsullarla bağlı deyil (əzələ kütləsindən başqa). Başqa sözlə desək, çəki ifrat kaloriyə görə yığılır - onların alkoqol, yemək və ya eyni zamanda hər ikisindən gəldiyi vacib deyil.

Çox yeyən və alkoqoldan istifadə edən qadın yan, bud və çiyin sahələrində çəki yığacaq - bu, genetik məsələdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR