Slimfit
  1. MARAQLI

Alimlər: Yer kürəsində, illik yenilənən resursların ehtiyatı tükənib

Alimlər: Yer kürəsində, illik yenilənən resursların ehtiyatı tükənib
Sakura

Hesablamalara əsasən, bəşəriyyət, il ərzində bərpa ola bilən bütün yenilənən resursları bitirib

  Ens.az,  Phys.org-a istinadən bildirir ki, bunu,   hər il  bu ehtiyatın tükənməsinin dəqiq tarixini  hesablayan iqlim dəyişikliyi tədqiqatını aparan Potsdam  institutunun alimləri iddia edir.

 Bu il, hesablamalara görə, bəşəriyyət bir il ərzində, 22 avqusta qədər planetdə bərpa edilə bilən bütün yenilənən resursları bitirib.  Və bu, əslində, on ildən bəri görünməyən kifayət qədər yaxşı bir göstəricidir.  Alimlərin fikrincə, 2000-ci ildə bərpa olunan mənbələrin ehtiyatı sentyabrın 23-də, 2009-cu ildə  18 avqustda, keçən il isə 23 iyulda qurtarıb.

 Bu dəfə tarixin bir ay çəkilməsinin səbəbi, COVID-19 pandemiyası və bununla əlaqədar karantin tədbirləri  olub, bunun nəticəsində bəşəriyyət tərəfindən resursların istehlakı keçən ilə nisbətən on faiz azalıb.  Lakin, Alman ekoloqlarının fikrincə, bu əsas problemi kökündən həll etmir - resurslar hələ də təbiətin bərpa edə biləcəyindən təxminən 60% çox istehlak olunur.

 Buna görə, bərpa olunan mənbələrin illik ehtiyatının bitməsi səbəbindən dünyanın sonu olmayacaqdır.  Bəşəriyyət əvvəlki kimi yaşamağa davam edəcək, ancaq bu,  alimlərin də dediyi kimi  artıq " borcla həyat " olacaqdır.

 Əslində bütün bu hesablamaların əsas ideyası bəşəriyyət tərəfindən  resursların  istehlakını adi mühasibat hesabı şəklində təqdim etməkdir ki, bu halda debet və kreditin ümumiyyətlə bir araya gəlmədiyi görsənir.

Mənbə: total.kz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR