Slimfit
  1. DÜNYA

Vaşinqtonda yerləşən müzeyə nəhəng dinozavr gəlir

Vaşinqtonda yerləşən müzeyə nəhəng dinozavr gəlir
Sakura

Bu skelet indiyədək tapılmış ən böyük və ən tam dinozavr skeletlərindən biri sayılır

Yırtıcı Tironozavr reks dinozavrının qazıntı zamanı tapılmış skeletləri gələn il Vaşinqton şəhərində yerləşən Təbiət Tarixi Muzeyində yeni sərgidə nümayiş etdiriləcək. Montanada qazıntı zamanı tapılmış bu skelet indiyədək tapılmış ən böyük və ən tam dinozavr skeletlərindən biri sayılır. İnsanlar arasında qısaca T-reks adlanan bu dinozavr muzeydə yer üzərində milyardlar il öncəyə aid sərginin bir hissəsi olacaq.

Nəhəng dinozavrın hissələri iri qutularda gətirilib. Onlardan birinin içərisində iki nəhəng bud sümükləri, digərinin içərisində isə heyvanın iri iti kəsici dişləri olan kəlləsi var.

Lakin dinozavr kuratoru Metyu Karrano bu dinozavr başının replika olduğunu söyləyir, çünki orijinal sümüklər nümayiş üçün çox kövrəkdir.

Metyu Karrano söyləyib ki, burada nümayiş olunacaq yetişkin dinozavr növləri adətən 12-14 metr uzunluqda olurlar. Onların hündürlükləri 5 metrə yaxın olur və çəkiləri 5-10 ton arası dəyişir. T-reksləri belə fantastik 15sm uzunluğunda dişləri bərk sümüyü belə dəlib keçə bilir.

Bu T-reks təkcə bir çox original sümüklərinə görə vacib deyil, o həmçinin alimlərə ət-yeyən dinozavr haqda yeni informasiya verib.

Metyu Karrano əlavə edib ki, bu, qolu məlum olan ilk dinozavr nümunəsidir. Biz həmişə T-reksin qolunun çox qısa olduğunu bilirdik. Lakin heç vaxt onu bütünlüklə görməmişik.

Son illər paleontoloqlar dinozavrlar haqda çox şey öyrəniblər. Bu, skelet nümunəsi dinozavrın öldüyü zaman hələ yeniyetmə olduğunu göstərir.

Metyu Karrano deyib ki, bu növ dinozavrlar 20 yaşına çatanda artıq böyük ölçüyə çatıblar. Bundan sonra isə onlar daha uzun və hündür olmaları ilə yanaşı, həm də daha böyük olublar. Beləliklə, onlar da müəyyən dərəcədə biz, insanlar kimi böyüyürdülər.

Muzeyin əvvəlki qazıntı sərgi salonlarından fərqli olaraq, bu yeni sərgidə dinozavrların elmi baxımdan necə yaşadıqları nümayiş etdirələcək. Muzeyin direktoru Kirk Conson bildirib ki, yeni sərgidə 700-dən çox nümunə nümayiş olunacaq.

Təbiət Tarixi Muzeyinin direktoru Kirk Conson söyləyib ki, yeni sərgi salonunda skeletlər və qazıntılarla yanaşı, gözəl sənət nümunələri də olacaq. İnanılmaz rəqəmsal interaktiv şərh panellər olacaq. Onların o dövrün bütün reallıqlarını hər yaşdan olan insanlara çatdırmaq üçün bütün imkanları var.

Conson ümid edir ki, növbəti ilin iyun ayında açılacaq yeni sərgi salonu milyonlarla qonağa maraqlı və məlumatverici olacaq.

Əgər onlar gəncdirlərsə, onlar bir növ gələcəyin təmsilçiləri ola biləcəyini anlayacaqlar. Onlar bunları özləri dərk edib, gələcəkdə alim ola və planetimizin yaxşılığı üçün müsbət qüvvələrə çevrilə bilərlər.

 

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR