Dərc edildi: Baxış sayı: 606
Alimlər tibbi maskaların effektivliyini açıqladılar
Tibbi maskaların istifadəsi yeni növ koronavirusun insanlar arasında yayılmasını azalda bilər.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Natural Medicine” jurnalı yazıb.
Alimlər hesab edir ki, maskalar yoluxmuş xəstələrin yaydığı müxtəlif virusların hissəciklərinin sayını əhəmiyyətli dərəcədə azaldır.
Onların sayı insan tənəffüsünü simulyasiya və hava nümunələrini analiz edən xüsusi “Gesundheit II” cihazı tərəfindən qeydə alınıb.
Təcrübədə tənəffüs orqanlarında virus infeksiyası olan 246 könüllü iştirak edib.
Honkonq Universitetinin mütəxəssisləri qeyd ediblər ki, 111 xəstə maska taxdıqları üçün havada olan müxtəlif virusların hissəciklərinin sayı xeyli azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət