Slimfit
  1. PSİXOLOGİYA

Alimlər partnyorun qoxusunun qadınlarda stress səviyyəsinə təsirini aydınlaşdırıb

Alimlər partnyorun qoxusunun qadınlarda stress səviyyəsinə təsirini aydınlaşdırıb
Sakura

Alimlər partnyorun qoxusunun qadınlarda stress səviyyəsinə təsirini aydınlaşdırıb

Alimlər qadınlarda partnyor qoxusunun stress səviyyəsinə təsirinin olmasını təsdiqləyib. Stress səviyyəsini aşağı salmaq üçün sevimli kişinin qoxusu kifayətdir. Britaniya Kolumbiyası Universitetinin alimləri 96 könüllü cütlüyü analiz edərək belə nəticəyə gəliblər.

Ria novosti məlumat verir ki, təcrübədə iştirak edən kişilərə 1 sutka ərzində heç bir ətir və ya kimyəvi vasitələr istifadə etmədən geyinmək üçün təmiz köynəklər verildi. Bundan başqa kişilər siqaret çəkməməli, intensiv qoxulu və ya dadlı yemək yeməməli idilər.

Təyin olunmuş 24 saat bitdikdən sonra yığılmış köynəklər araşdırmada iştirak edən qadınlara verilmişdir ki, onlar partnyorunun və tanımadığı kişinin qoxusunu qiymətləndirsin. Bundan sonra qadınlar işə qəbul zamanı olan müsahibə və riyazi məsələlərin həllini simulyasiya edən stress-testə məruz qalıblar. Test tapşırığının keçirilməsi ilə eyni zamanda sınaqda iştirak edənlər öz emosional vəziyyətini xarakterizə ediblər, həmçinin onlardan stress hormonu olan kortizolun səviyyəsini ölçmək üçün tüpürçək nümunələri götürülmüşdür.

Sınaq zamanı alimlər öz partnyorunun köynəyini iyləyən iştirakçılarda tanımadıqlarının geyimini iyləyənlərdən daha az kortizol səviyyəsinin olmasını aşkar ediblər. Alimlər əmindir ki, qadınlarda stress vəziyyətinin səbəbi məhz yad kişinin qoxusu idi.

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR