Slimfit
  1. TEXNOLOGİYA

Alimlər: insanlar kompüterlər kimi düşünürlər

Alimlər: insanlar kompüterlər kimi düşünürlər
Sakura

Alimlər: insanlar kompüterlər kimi düşünürlər

Con Hopkins Universitetinin yeni bir araşdırmasına əsasən, insanlar reallığı kompütürlərin qəbul etdiyinə oxşar şəkildə qəbul edirlər. Qısa testdən keçməklə buna özünüz əmin olun.

Tədqiqatçılar sınaqda iştirak edənlərə şəkil göstərdilər ki, bunların vasitəsilə süni intellekti aldatmaq mümkündür. Onlar araşdırma iştirakçılarından şəkilin nə olduğunu soruşurdular və iki izahlı variant seçimi verirdilər: biri süni intellektin cavabı, digəri isə tamamilə təsadüfi cavab. Canlı sınaqda iştirak edənlər 75% halda kompüter kimi cavab verirdilər.


Sonra tədqiqatçılar insanlara digər şəkilləri, süni intellektin cavabını və şəkildə göstərilənin doğru cavabını göstərdilər. Nəzarət qrupu 91% halda suala kompüter kimi cavab verdi. Nəhayət sınaqda iştirak edənlərə müxtəlif mürəkkəb şəkillərlə 48 assosiasiya seçimi verdilər. İnsanlara ağ televiziya küyü göstərəndə belə, onların assosiasiyası çox vaxt kompüterin cavabı ilə üst-üstə düşürdü.

Alimlər güman edirlər ki, bizim gələcək həyatımızın ən vacib aspektlərindən biri maşınların özlərini düzgün olmayan formada davranmağa başlamasını əvvəlcədən görə bilməyimizdir. Gələcəkdə “süni intellekt psixoloqu” kimi ixtisas yaradılmalıdır ki, onlar maşının necə “düşündüyü”nü və nə zaman şüurunu itirdiyini anlaya bilsin. Maraqlıdır, insanlara maşın düşüncəsi üzrə ekspert olmaq üçün nə qədər vaxt lazımdır.

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR