Slimfit
  1. ELM

Alimlər DNT-dən ayrılmış uzunömürlülük geninin daha bir sirrini açıblar

Alimlər DNT-dən ayrılmış uzunömürlülük geninin daha bir sirrini açıblar
Sakura

Alimlər DNT-dən ayrılmış uzunömürlülük geninin daha bir sirrini açıblar

İtaliyada yaşı yüzü ötmüş insanların DNT-sindən ayrılmış uzunömürlülük geninin qan damarlarını cavanlaşdırdığı sübut edilib.

SİA “ANSA” agentliyinə istinadla xəbər verir ki, bu barədə “European Heart” tibb jurnalında dərc edilən tədqiqat işində italiyalı mütəxəssislər məlumat verib.

Bildirilir ki, Annibale Puka və Karmin Veççionenin rəhbərlik etdiyi Salerno Universiteti, “Irccs MultiMedica” və “Irccs Neuromed” tibb institutlarından olan mütəxəssis heyəti tədqiqatın ürək-damar xəstəliklərinin müalicəsinin yeni üsulu üçün şərait yaratdığnı söyləyib.

“Bizim məqsədimiz uzunömürlü insanların genetik üstünlüklərini bötüvlükdə əhaliyə köçürməkdir. Biz şişlər və neyrodeqenerativ xarakterli xəstəliklər daxil olmaqla digər istiqamətlərdə də çalışırıq”, − deyə mütəxəssis A. Puka söyləyib.

Onun sözlərinə görə, bu gen qanda yüksək səviyyədə aşkar olunarkən BPIFB4 zülalının daha çox hasil olmasına səbəb olur və qan damarları üçün müdafiə funksiyasını yerinə yetirir.

Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyi və “Cariplo” Fondu tərəfindən maliyyələşən bu tədqiqat işi bu heyətin yaşı yüzdən yuxarı olan insanlarda LAV-BPIFB4 (uzunömürlülüklə əlaqəli variant) geninin müəyyən edilməsində əldə etdiyi əvvəlki nəticələrindən sonra başlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR