Slimfit
  1. DÜNYA

"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq

"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq
Sakura

"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq

Elektron ticarət nəhəngi "Alibaba"nın qurucusu və rəhbəri Cek Ma 2019-cu ilin sentyabr ayında şirkətdən ayrılmaq planlarını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu baradə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Cek Ma jurnalistlərin sentyabrda "Alibaba"dan ayrılmaq planlarının dəyişib-dəyişməməsinə dair sualına "Qərar qərardır" deyə cavab verib.

Daha əvvəl bu barədə "Alibaba Group"a məxsus olan "South Morning Post" qəzeti yazıb. Cek Ma isə 2018-ci ilin sentyabr ayında həmkarlarına ünvanladığı məktubda yumşaq və uğurlu keçid təmin etmək məqsədi ilə daha bir il vəzifəsində çalışmaq niyyətində olduğunu açıqlayıb.

Bu ayrılıqdan sonra iş adamı "Alibaba"nın idarə heyətində qalacaq və azı 2020-ci ilə qədər şirkətin necə idarə olunduğuna nəzarət edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR