Dərc edildi: Baxış sayı: 447
Akardan təxliyə açıqlaması
Hava limanında fövqəladə intensivliyə və şəraitə baxmayaraq TSK heyəti planı fasiləsiz həyata keçirmək üçün hər cür səy göstərir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Fəaliyyətlərimizə göstərdikləri dəstəyə görə dost və qardaş Pakistan və Tacikistanla Əfqanıstanda birlikdə olduğumuz müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və əlaqədar qurumlarla koordinasiyada fəaliyyətlərimiz var. Təxliyə planlarımız çərçivəsində davam edir", - deyə Akar bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət