Slimfit
  1. İDMAN

AFFA İK cərimə və cəzaları açıqlayıb

AFFA İK cərimə və cəzaları açıqlayıb
Sakura

AFFA İK cərimə və cəzaları açıqlayıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

23 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 48).

23 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 15 N-li futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 200 manat ccərimə olunur (maddə 48).

24 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 48).

22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunur (maddə 40).

22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsinin “Qarabağ-2” komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” komandası 80 manat cərimələnir (maddə 53.3).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2” klubunun üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 mana t cərimə olunur (maddə 60).

22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunur (maddə 55).
22 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Sabah -2” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin ptotokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnir (maddə 55). 
23 fevral 2019-cu il tarixdə Region Liqasında keçirilən “Füzuli” – İmişili” oyununda “İmişli” komandasının heyətində 9-N-li oyunçu Elnur Məmmədov qarşılaşmanın 82-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır (maddə 42.3). Görüşün 35-ci dəqiqəsində həmin komandanın baş məşqçisi Süleyman İsayev hakimi təhqir etdiyinə görə, 5 oyun cəzalanır (maddə 42.4).
23 fevral 2019-cu il tarixdə Region Liqasında keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində 7 N-li futbolçu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Həmin komandanın heyətində 11 N-li oyunçu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılır (maddə 42.3).
20 fevral Gənclər Liqasının “Neftçi” – “Keşlə” oyununda “Keşlə” komandasının heyətində 3 N-li futbolçu Aləddin Sadıqov qarşılaşmanın 59-cu dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Bakcell U-17 liqasında keçirilən “Xəzər Lənkəran” – “Neftçi İK İB” oyununda “Xəzər Lənkəran” komandasının 9-N-li futbolçusu Məmməd Abdullayev qarşılaşmanın 78-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırdığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Bakcell U-17 liqasında keçirilən “Səbail” – “Tufan” oyununda “Tufan” komandasının heyətində 11 N-li futbolçu Elgün Rüstəmov qarşılaşmanın 64-cü dəqiqəsində 2-ci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
21 fevral 2019-cu il tarixdə U-16 liqasında keçirilən İsgəndər Cavadov BFA – Gəncə TİM oyununda İsgəndər Cavadov BFA komandasının heyətində 10 N-li futbolçu Qoşqar Babayev qarşılaşmanın 80-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə Kapital Bank U-14 Liqasında keçirilən UGİŞM-1 (Sumqayıt) – UGİM (Siyəzən) oyununda UGİM komandasının heyətində 10 nömrəli futbolçu Vüqar İbadov qarşılaşmanın 46-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1). Həmin komandanın heyətində 3 N-li futbolçu Nəbi Qəniyev qarşılaşmanın 51-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq epizodundan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

23 fevral 2019-cu il tarixdə Coca Cola U-13 liqasında keçirilən “Qəbələ” – ROFM Xəzər oyununda Xəzər komandasının heyətində 21 N-li futbolçu Rəşad Musazadə qarşılaşma bitdikdən sonra rəqib oyunçunu vurduğu üçün 2 oyun cəzalanır (maddə 38.6).
23 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın AZMİU – U-19 matçında U-19 komandasının üzvü Nurlan Mehdizadə oyunun 23-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə futzal üzrə İkinci Liqanın Baker Tilliy – Star Karqo oyununda Star Karqonun 84 N-li oyunçusu Anar Məmmədov oyunun 15-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydançadan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).
22 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın “Zəngilan” - “Baku Fans” görüşünün 25-ci dəqiqəsində “Baku Fans” klubunun məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu üçün 1 oyun cəzalanır (maddə 48).

22 fevral 2019-ci il tarixdə futzal üzrə Birinci Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə “Sabunçu” komandası təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56.1).
23 fevral 2019-cu il tarixdə Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşünün 3-cü dəqiqəsində Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyi, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR