Dərc edildi: Baxış sayı: 489
AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırıb
AFFA İntizam Komitəsi "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçında baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
"Report"un məlumatına görə, “Qəbələ” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.
90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın oyunçusu Cavid Tağıyev isə 2 oyunluq cəzaya məruz qalıb. O, klubunu 1600 manat ziyana salıb.
Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət