ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artırmaq niyyətindədir
ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.
Qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Abraham Lincoln”, ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Wasp”, həmçinin “F-22”, “F-15E”, “F-16” qırıcıları və “A-10” hücum təyyarələrinin sayının artırılmasına dair göstəriş verib.
Bəyanatda ABŞ-ın yaxın günlərdə müdafiə hava dəstəyi imkanlarını gücləndirəcəyi nəzərdə tutulur. Vurğulanıb ki, İran və ya onun tərəfdaşları bu məqamdan istifadə edərək Amerika hərbçilərinə hücum edərsə və ya ABŞ-ın regiondakı maraqlarına zərər verərsə, Birləşmiş Ştatlar öz vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət