ABŞ Səudiyyə Ərəbistanına əlavə silah yerləşdirəcək
ABŞ önümüzdəki həftələrdə Səudiyyə Ərəbistanına əlavə silah yerləşdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri Donald Tramp deyib.
Qeyd olunur ki, əlavə qüvvələrin köməyi ilə Səudiyyə Ərəbistanında ABŞ qoşunlarının ümumi sayı üç min nəfər olacaq. ABŞ rəhbəri, onların iştirakı lazım olana qədər orada qalacaqlarını söyləyib.
Bundan əlavə, Səudiyyə Ərəbistanına radarlar və raketdən müdafiə sistemləri göndəriləcək.
ABŞ-ın Səudiyyə Ərəbistanına üç min əsgər köçürmək planları oktyabrın 11-də açıqlanıb. Bundan əlavə, ABŞ-ın Müdafiə naziri Mark Esper krallığıa iki qırıcı heyət, bir ekspedisiya hava qanadı (AEW), biri THAAD sistemi və iki Patriot raket batareyasının göndərilməsinə icazə verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət