Dərc edildi: Baxış sayı: 518
ABŞ-dan Kremlə: Çinlə yaxınlaşmayın, çünki...
Rusiyanın Çinlə həddən artıq yaxınlaşması onun öz maraqlarına cavab vermir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezident Administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi TASS agentliyinə açıqlamasında deyib.
“Rusiya və ABŞ-ın maraqlarının üst-üstə düşdüyü ərazilərdən biri də Arktikadır. Çin Arktika gücləri sırasına daxil deyil”, – deyə o bildirib.
Agentliyə danışan nümayəndə həmçinin Rusiyanın Nikaraqua, Kuba və Venesuela ilə əlaqələrini dayandırmalı olduğunu söyləyib. O, Rusiyanın bu ölkələrdəki rejimlərlə çalışdıqca ABŞ-ın Qərb yarımkürəsində heç bir inkişafa nail olmayacağını vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət