ABŞ-da koronavirusla bağlı qorxunc araşdırma: Hər gün 2300 insan ölə bilər
ABŞ-ın Vaşinqton Universitetinin Sağlamlığın Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi İnstitutu (IHME) tərəfindən aparılan araşdırmada sosial məsafə tədbirlərinə baxmayaraq, ölkədə dörd ay ərzində koronavirusdan ölənlərin sayının 80 mini keçə biləcəyi təxmin edilib.
Sondakika.com xəbər verir ki, aprelin ikinci həftəsindən sonra ABŞ-da gündə 2300 ölüm hadisəsinin baş verə biləcəyi proqnozlaşdırılır.
Tədqiqat aparılarkən xəstəxanalarda olan xəstələrin yaşı, cinsi, səhhətləri ilə bağlı problemlər, onların müalicə müddəti və ölüm səviyyələri ilə əlaqəli məlumatlar araşdırılıb.
İnstitutun direktoru Kristofer Muray bu vəziyyətin insanların sosial məsafə qadağasına əməl etməyəcəkləri təqdirdə daha ağır nəticələrə səbəb olacağını vurğulayıb:
“Ümid edirik ki, bu proqnozlar səhiyyə sektorunun liderlərinə yaxın həftələrdə xəstələrə keyfiyyətli qulluq göstərmək üçün innovativ yollar tapmağa kömək edəcək”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət