Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Abituriyentləri çox çaşdıran məsələ - Bütün qruplar üzrə minimal keçid balları

Abituriyentləri çox çaşdıran məsələ - Bütün qruplar üzrə minimal keçid balları
Sakura

Abituriyentləri çox çaşdıran məsələ - Bütün qruplar üzrə minimal keçid balları

2019-cu ildə keçiriləcək qəbul imtahanlarında ixtisas blokları üzrə minimal keçid balları Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunsa da, bəzi məqamlar abituriyentlər arasında çaşqınlıq yaradıb.

Bir çox abituriyent tələb olunan minimal keçid balının imtahanının 2-ci mərhələsində iştirak üçün əsas olduğunu zənn edib.

AzEdu.az xəbər verir ki,qəbul imtahanlarında ixtisas blokları üzrə tələb olunan minimal keçid ballarından asılı olmayaraq, hər şagird imtahanın 2-ci mərhələsində iştirak hüququna malikdir.

Yəni, birinci mərhələdə (buraxılış imtahanı və ya buraxılış imtahanı formatında əlavə imtahan) toplanılan baldan asılı olmayaraq bütün abituriyentlər ixtisas blokları üzrə imtahanda iştirak edə bilər.

Minimal keçid balı anlayışı isə abituriyentin ixtisas seçiminə buraxılmasını təmin edir. İmtahanın hər iki mərhələsində iştirak edib, keçid balını toplamayan abituriyent ixtisas seçiminə buraxılmır.

İxtisas qrupları üzrə minimal keçid ballarını bir daha təqdim edirik:

I ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, 100-dən az olmayan abituriyentlər buraxılır;

II ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

III ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

IV ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.

V ixtisas qrupu üzrə:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınındanminumum "6" olmalıdır.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR