Slimfit
  1. CƏMİYYƏT

AAYDA rəsmisi çökən yolla bağlı: “Yağışa görə aşınma yaranıb”

AAYDA rəsmisi çökən yolla bağlı: “Yağışa görə aşınma yaranıb”
Sakura

AAYDA rəsmisi çökən yolla bağlı: “Yağışa görə aşınma yaranıb”

“Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb.

“Hadisə gecə saatlarında hərəkətin intensiv olduğu vaxtda baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunublar. Problem qısa müddətə aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunub”, - o vurğulayıb.

 

Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR