Slimfit
  1. DÜNYA

96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqladı

96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqladı
Sakura

96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqladı

Türkiyənin Samsun şəhərində 96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqlayıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, Qasım Akyüz və 65 yaşlı oğlu Yusif Akyüzün koronavirus testlərinin nəticələri müsbət çıxıb.

Xəstəxanada oğlu ilə müalicədən sonra evində 14 günlük karantində olan Qasım Akyüz xəstəliyə qalib gəlməsini belə izah edib:

“Kənddə 65 yaşına qədər yaşamışam. Cavanlığımda həmişə tarlada işləmişəm, əkin sahələrində ot biçmişəm. Həmişə evdə hazırlanmış təzə qatıq, süd, qaymaq yemişəm. Təbii qidalar qəbul etmişəm.

Buğda əkib istehsal etdiyimiz undan hazırlanan çörək yeyirəm. Erkən yatıb, erkən dururam. Heç siqaret çəkməmişəm. Heç vaxt çayxanaya getmək kimi vərdişim olmayıb. Nadir hallarda həkimə müraciət edirəm. Bu yaşa qədər heç əməliyyat keçirməmişəm. Özümə qulluq edirəm”.

Oğlu Yusuf Akyüz atası üçün narahat olmadığını qeyd edib:

“Atam heç nədən narahat olmur. Bunu bizə də öyrədib. Xoşbəxt olmağa çalışır, özünü incitmək istəmir. İctimai bir insandır, insanlarla söhbət etməyi sevir. Türkiyə gündəmini izləyir, mütləq hər gün qəzet alır və oxuyur. Həmişə bizə “Yeməyə diqqət edin, vaxtında yeyin” deyir. Onun dediklərini etməyə çalışırıq.

Atamın xəstəliyə qalib gəlməsini immunitet sisteminin güclü olması ilə əlaqələndirirəm. Erkən diaqnoz və dərmanların təyin edilməsinin də təsirli olduğuna inanıram. Ailəmizdə doqquz nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib, onlardan səkkizi sağalıb, birinin müalicəsi davam edir”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR