Slimfit
  1. MEDİA

700 bal toplayan tələbə: “BANM-in tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilirlər”

700 bal toplayan tələbə: “BANM-in tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilirlər”
Sakura

700 bal toplayan tələbə: “BANM-in tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilirlər”

Bu il qəbul imtahanlarında 700 bal toplayan Aslan Aşirov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

"Report" həmin müsahibəni təqdim edir:

- Özünüz haqqında bir az danışın...

- Adım Aslandır, 17 yaşım var. Gürcüstanda anadan olmuşam, Azərbaycan vətəndaşıyam.169 saylı tam orta məktəbi bitirmişəm.

- Aslan, qəbul imtahanında ən yüksək nəticəni – 700 balı toplamağınızda ən çox kimin rolu var?

- Qəbul imtahanında göstərdiyim uğura görə başlıca olaraq valideynlərimə və qardaşlarıma, daha sonra müəllimlərimə, sonda isə dostlarıma təşəkkür edirəm. Onlar məni motivasiya etməseydilər yəqin ki bu nəticəni göstərə bilməzdim.

- Niyə I qrupa üstünlük vermisiz?

- Mənim istədiyim ixtisas məhz I qrupda idi. Amma normalda humanitar fənləri daha çox sevirəm.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- BANM-ın Azərbaycanda istədiyim ixtisas üzrə daha yaxşı təhsil verəcəyini düşündüyüm üçün məhz BANM-ı seçdim. BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir. Düşünürəm bu elə keyfiyyətli təhsilə görədir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda dostlarımla görüşməyi, proqramlaşdırma üzrə maraqlanmağı və video oyunlar oynamağı sevirəm.

- BANM-da hansı ixtisası seçdiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən “İnformasiya təhlükəsizliyi” ixtisasini seçdim. Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi. Məqsədim bu sahədə yeni işlər görməkdir. Həm də nəyisə idarə etmək, qorumaq və təhlükəsizliyi təmin etməkdən xoşum gəlir.

- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Seçimimi sırf özüm etmişəm. Mən heç kimə valideynlərinin istədiyi ixtisas üzrə seçim etməyi məsləhət görmürəm. Çünki gələcəkdə o ixtisas üzrə valideynlərin deyil, sən özün işləməli olacaqsan.

- Aslan, elə xüsusiyyətiniz varmı ki, sizi digərlərindən fərqləndirə bilər?

- Məncə hər kəsdə nəsə fərqlilik var. Məsələn, mən düşünürəm ki, mənim fərqliliyim öz fikrimi hər kəsin fikrindən üstün tutmağımdır.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

- Məncə gələcəyi parlaq olan ixtisaslar İT, kompüter mühəndisliyi və maliyyədir.

- BANM-ı bitidikdən sonra nə etməyi planlaşdırırsınız?

- Məqsədim gələcəkdə öz şirkətimi qurmaq və yerli saytların, şəbəkələrin təhlükəsizliyini təmin etməkdir.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Məncə bunun üçün insana məqsəd, ruh yüksəkliyi və yaxşı dostlar lazımdır.

- Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır?

- Nailiyyət 99% insanın özünə, 1% isə şansa bağlıdır deyə düşünürəm.

- Dostlarınız çoxdur? Onları necə seçirsiz?

- Mən dostlarımı nə bilik səviyyəsinə, nə də dünyagörüşünə görə seçmirəm. Sadəcə düşüncə tərzi düzgün və özümə yaxın hesab etdiyim insanlarla yaxınlıq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Məsləhətim odur ki, ruhdan heç vaxt düşməsinlər, özlərini motivasiya etsinlər və istirahətlərinə də vaxt ayırsınlar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR