Slimfit
  1. TEXNOLOGİYA

“5G” baza stansiyaları üçün ilk prosessor təqdim edilib

“5G” baza stansiyaları üçün ilk prosessor təqdim edilib
Sakura

“5G” baza stansiyaları üçün ilk prosessor təqdim edilib

“Huawei” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) baza stansiyaları üçün hazırlanan “Tiangang” adlı dünyanın ilk prosessorunu nümayiş etdirib.

ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, yeni qurğu bütün dünyada “5G” şəbəkəsinin miqyaslı işə salınmasını sadələşdirməyə imkan verəcək yüksək inteqrasiya olunmuş məhsuldur. Çip əvvəlki nəsil prosessorların göstəricilərini 2,5 dəfə üstələyən yüksək hesablama xüsusiyyətləri ilə xarakterizə olunur.

Məlumata görə, ən yeni alqoritmlərdən və şüanın formalaşdırılması texnologiyasından istifadə etməklə bir belə prosessor 64 kanala nəzarət edə bilir. Bundan başqa, həllin 200 MHs takt tezliyində buraxılış zolağını dəstəkləməsinə görə təkcə mövcud deyil, eyni zamanda gələcək şəbəkələr üçün nəzərdə tutulub.

Bildirilir ki, “Tiangang” aktiv antena sistemlərinin kompleks modernləşdirilməsi imkanını təmin edir. Yeni prosessorun tətbiqi sayəsində baza stansiyalarının ölçüsü 50 faiz kompakt, çəkisi isə 23 faiz yüngül olacaq, eləcə də enerji sərfiyyatı 21 faiz azalacaq.

“Huawei” şirkətinin nümayəndələri qeyd edir ki, “5G” baza stansiyalarının quraşdırılması “4G” stansiyaları ilə müqayisədə iki dəfə sürətlənəcək. Bu isə öz növbəsində bir sıra texniki çətinlikləri aradan qaldırmağa və xərcləri azaltmağa imkan verəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR