Slimfit
  1. İDMAN

51 il öncəki üsyanın sədaları: Futbol futbolçularındır!

51 il öncəki üsyanın sədaları: Futbol futbolçularındır!
Sakura

51 il öncəki üsyanın sədaları: Futbol futbolçularındır!

1968-ci ilin baharı təkcə Fransa üçün yox, həm də bütün qitə üçün başqa bir dünyanın olduğunu göstərən bir zaman kəsimi idi. Milyonlarla işçi tətilə başlamış, tələbələr universitetləri işğal etmiş, Fransa prezidenti ölkədən qaçmış, Fransa inqilabın astanasına dayanmışdı.

Öncəliklə, 1968-ci ildəki üsyanın necə başladığı haqqında bir-iki kəlimə qeyd edim, ardınca əsl mövzumuza keçərik. Üsyan may ayında bir tələbə hərəkatı ilə start götürdü. Fransalı tələbələr yeni qurulan və ölkə təhsil sisteminə yeni nəfəs gətirməsi gözlənilən universitetlərin gözlənilənləri qarşılamadığını görüncə dirənişə başladılar. Mayın 2-də Nanter, 3-də Sarbona, ardınca isə digər ali təhsil müəssisələrində tələbələr boykota start verdilər.

Mayın 6-da Parisdə 20 min tələbənin qatıldığı dinc yürüşə polis müdaxilə edincə barrikadalar qurulmağa başlanıldı. Polisin təzyiqindən sonra orta məktəb şagirdləri də tələbələrə dəstək olaraq nümayişlərə qatıldılar.

10 mayda təşkil olunan böyük nümayişə polis müdaxilə edincə sabaha qədər davam edən qarşıdurmalar yarandı. Polisin sərt və ölçüsüz yanaşması sayəsində işçilər də tələbələrə dəstək olaraq küçələrə axışdılar.

Bütün sosial təbəqələr bir şəkildə küçələrdəykən bu dalğadan futbol əməkçilərinin də təsirlənməməsi imkansız idi. 22 may 1968-ci ildə 9 milyon işçinin qatıldığı nəhəng bir tətil təşkilatlanmışdı. Bu tətil dünya işçi hərəkatlarının o günə qədər gördüyü ən böyük dirəniş idi. Tətilə Fransa futbol tarixinin gəlmiş-keçmiş ən böyük bombardirlərindən biri, Dünya çempionatlarında meydana çıxdığı 6 oyunda vurduğu 13 qolluq rekord hələ də qırılmayan Zust Fontenin qurduğu Fransa Milli Peşəkar Futbolçular Həmkarlar İttifaqı da qatılmışdı.

Qərbi Avropada ən pis davranılan futbolçular olan Fransalı topçuların dərdi var idi. İstifadə olunmaq istəmirdilər. Onların meydanda apardığı mübarizədən başqalarının pul qazanmasını istəmirdilər. Futbolun oyunçulardan və azarkeşlərən qopub sadəcə müəyyən adamların xeyrinə xidmət etdiyini bəyan edib bu vəziyyətin düzəldilməsinin vacibliyini müdafiə edirdilər. Bu tələblərlə tətilə başlayan Fonten və dostları may ayında Fransa Futbol Federasiyasını işğal etdilər.

Paris Lena meydanında yerləşən binanı ələ keçirən futbolçular binanın damına qırmızı bayraq asdılar və aşağıdakı tələbnaməni yayımladılar:

“Bugün eynilə öz fabriklərini işğal edən işçilər və universitetlərini ələ keçirən tələbələr kimi Paris bölgəsindəki müxtəlif klubların oyunçuları olaraq biz də Fransa Futbol Federasiyasının əsas mərkəzini işğal etməyə qərar verdik. Niyə?

Məqsədimiz 600 min fransız futbolçuya və onların dostlarına özlərinə aid olan şeyi – futbolu geri verməkdi. Dərdimiz futbolun başında duranların futbolçulardan və futbol dostlarından oğurlayıb, idman dünyasının vurğunçularının eqoist dünyasına peşkəş etdikləri futbolu təkrar gerçək sahiblərinə qaytarmaqdır.

Artıq icra etdiyiniz idmanın xüsusiyyətlərini mühafizə etmək və aşağıdakı üç tələbi yerinə yetirtmək siz futbolçuların, məşqçilərin, kiçik klub idarəçilərinin, saysız-hesabsız futbol azarkeşlərinin, tələbələrin və işçilərin hərəkətlərinə bağlıdır.

1. Futboldan xeyir güdənlərin və futbolçulara ögey münasibət bəsləyənlərin (600 min futbolçunun nəzarətindəki bir referendumla) dərhal vəzifələrindən rədd edilməsi.

2. Futbolun, futboldakı çürümənin əsl səbəbi olan rəislərin əlindəki pulların onların əllərindən alınması.

3. Federasiyanın başında duranların heç vaxt dilə gətirmədikləri, dövlətin digər idman növləri ilə birlikdə futbola da bərabər ölçüdə təşviqat imkanları yaratması.

Artıq futbol sizindir. Bu məqsədlə hər birinizi təcili olaraq Federasiyanın binasında gözləyirik, bura artıq sizin evinizdir. Birlikdə bu aksiyanı davam etdirən bizlər futbolu yenidən sevincin idmanı halına gətirəcəyik.

O dönəmlərdə “Mirrior de Sport”dan başqa çoxu sağ meyilli olan idman mətbuatı bu aksiyanı çox da ciddiyə almaslar da, federasiya binasının balkonuna “Futbol futbolçularındır!” yazılı plakat asan etirazçıların bu hərəkəti ölkə miqyasında və futbol cameəsində böyük ajiotaj yaratdı. Altı gün davam edən bu dirəniş futbolçuların lehinə bir çox qazanclar gətirdi.

Related image

1969-cu ildə Fransa Milli Peşəkar Futbolçular Həmkarlar İttifaqı ilə Fransa Futbol Federasiyası ilə bir müqavilə imzalandı. Nəticə olaraq mövsüm qısaldıldı, oyunçularla klublar arasındakı anlaşma rejimləri dəyişdirildi, oyunçuların əlini-qolunu bağlayan və böyük klubların kiçiklərə qarşı üstünlüyünü təmin edən bir çox qaydalar dəyişdirildi. Oyunçuların bütün karyerası boyunca eyni kluba aid olduğu müasir köləlik sistemi ləğv edildi.

1968 federasiya işğalı ilə qazanılan hüquqların bir çoxundan bu gün dünyadakı futbolçular da yararlanmaqdadır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR