Slimfit
  1. MARAQLI

43 min 500 illik mağara aslanı kəşf edildi

43 min 500 illik mağara aslanı kəşf edildi
Sakura

43 min 500 illik mağara aslanı kəşf edildi

Rusiyanın Yakutistan ərazisində 43 min 500 yaşlı olduğu düşünülən bir bala mağara aslanı tapılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki,donmuş torpaq altında tapılan bala aslanın bədəni demək olar ki, heç zərər görməyib.

Rusiya Elmlər Akademiyasından vəzifəli şəxs Aleksey Tikhonov mağara aslanının üzərində xallar olduğunu vurğulayıb.

Tikhonov antik dövrdəki mağara rəsmlərində bəzi aslan fiqurlarının xallı olduğunu bildirib. Daha əvvəl bu xalların insanlar tərəfindən estetik məqsədlə çəkildiyi düşünülürdü. Amma yeni kəşf edilən aslan bədəni bu rəsmlərin həqiqəti əks etdirdiyini sübut edib.

Yakutistanda daha əvvəl də buna bənzər kəşflər edilib. mütəxəssislər donmuş aslanın bədənindən canlı hüceyrə tapmaq üçün araşdırmaları davam etdirir.

Canlı hüceyrə tapıldıqda nəsli tükənmiş aslanın klounlaşdırılması planlaşdırılır.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR