Dərc edildi: Baxış sayı: 972
30 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi
Yaponiyada velosiped sürən 85 yaşlı bir qadını vurub qaçan sürücünün 30 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi ortaya çıxıb.
Moderator.az xəbər verir ki, Kumaqaya şəhərində meydana gələn hadisədə 70 yaşlı bir sürücü şəxsi avtomobili ilə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb.
Vurduğu qadının körpücük sümüyünün zədələnməsinə və biləyinin qırılmasına səbəb olan şübhəli çox keçmədən yaxalanıb.
Polis sürücünün sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinin ortaya çıxacağından qorxduğu üçün qaçdığını bildirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət