Slimfit
  1. TEXNOLOGİYA

2019-cu ilin ən yeni smartfonları

2019-cu ilin ən yeni smartfonları
Sakura

2019-cu ilin ən yeni smartfonları

Samsung

Galaxy S seriyasının flaqmanları adətən ilin əvvəlində təqdim olunur, 2019-cu il də, istisna olmayacaq. Güman edilir ki, MWC-2019  (Mobile World Congress)

çərçivəsində koreya nəhəngi Galaxy S10-nun üç modeli təqdim ediləcək: Baza, Plus və Lite versiyaları.

Bütün təqdim edilən modellər – daha əvvəl anonsu gedən Galaxy A8s  kimi selfi-kamera üçün dəlikli çərçivəsiz İnfinity-O displeyi ilə təchiz olunacaqlar. Galaxy S10 Plus üçün ikili frontal kamera modulundan bəhs edilir, güman edilir ki, displeyin dəliyi də, oval formalı olacaq.

Galaxy S10 Plus ekranının diaqonalı 6,4  düym (inches), Galaxy S10 - 6,1 düym (inches), Galaxy S10 Lite isə 5,5 düym (inches) olacaq. Birinci iki smartfonda barmaq izi skaneri displeyin altında, seriyanın ən yığcam modelində isə korpusun kənarında quraşdırılacaq.

Galaxy S10 Plus smartfonunun əsas kamerası 3-lü olaraq, horizontal şəkildə yerləşəcək. Galaxy S10 və Lite modellərində isə ikili modulun olacağı güman olunur. Smartfonların prosessor seçimi zamanı 8 nanometrlik Exynos 9820 və Qualcomm Snapdragon 855 seçilib. Operativ yaddaş 8 GB, quraşdırılmış yaddaş isə 512 GB qədər olacaq.

Məlumat verilir ki, yeni smartfonları alıcılara 8 mart tarixində təqdim olunacaq.

Təqribi qiymətlər:

Galaxy S10             7 50 euro

Galaxy S10 Lite    -   9 00 euro

Galaxy S10 Plus     1 050 euro –dan başlayacaq.

Sony

Fevral ayında Sony şirkəti də, Xperia XZ4 flaqmanını təqdim edəcək. Sonuncu insaydlara əsasən, məhz bu smartfonda ilk dəfə tərəflərinin nisbəti 21:9 olmalıdır.

Sony brendinin sonuncu flaqmanlarından fərqli olaraq barmaq izi skaneri korpusun yan hissəsində yerləşəcək (sonuncularda: arxa panelin mərkəzində yerləşirdi). Xarakteristikaya qaldıqda isə, batareyanın tutumu 3 900 (mAh), prosessor Snapdragon 855 və operativ yaddaş 6 GB olacaq.

Əsas kamera vertikal yerləşən üçlü moduldan ibarət olacaq. Sensor, yeni təqdim edilən Huawei Nova 4-də istifadə edilən 48 meqapikselli IMX586 olacaq. Xperia XZ4 təqdimatı ilə Sony yeni dizaynı önə çəkərək, məhsullarının satışını aktivləşdirmək fikrindədir.

Huawei

Huawei şirkəti yeni flaqmanlarının artıq bu yaz alıcılara təqdim edəcək. SöhbətP30 və P30 Pro modellərindən gedir. Güman edilir ki, birinci variant üçlü əsas kamera, ikinci isə kvartet sensor əldə edəcək. Hər iki smartfonda, modullar korpusun sol kənarında yerləşəcək. 

Huawei P30 Pro modelinin kamerası damcıvari çıxıntı yaxınlığında, adi P30 modelində isə ekran dəliyində yerləşəcək. Keyslərin dizaynına görə güman edilir ki, barmaq izi hər iki versiyada displey üzərində yerləşdiriləcək.

Smatfonların xarakteristikası haqqında məlumatda yalnız 8 nüvəli Kirin 980 prosessorundan danışılır. Qeyd edək ki, Kirin 980 Mate 20 flaqmanları ilə debüt edən Huawei – in ən güclü çipidir.

Хiaomi

2019-cu ilin ilk rübündə Xiaomi brendinin Mi 9 smartfonu da, işıq üzü görəcək. Flaqman 550 $ dəyərində qiymətləndirilərək, Snapdragon 855 bazasında olan prosessora malik olan ən sərfəli yeni smartfon hesab edilir.

Mi 9 - 6,4 düym (inches) ölçülü barmaq izi skaneri ilə təchiz edilmiş AMOLED ekranına və a48 meqapikselli sensor Sony IMX586 üçlü əsas kameraya malik olacaq. İki əlavə ötürücü geniş bucaq altındakı çəkiliş və itkisiz optik zum funksiyası üçün nəzərdə tutulub.

Batareya tutumu 3700 (mAh) olaraq, naqilsiz cərəyan və Qualcomm Quick Charge 5.0. texnologiyasına malik olacaq. Bəzi mənbələr qeyd etdiyinə görə: Korpus toz və nəmdən qorunacaq. Bu model telefonlarda, bu tip xüsusiyyət ilk dəfə tətbiq ediləcək.   

Nokia

2019-cu ilin əvvəlində HMD Gobal şirkəti  Nokia 9 PureView modelini təqdim etməyi planlaşdırır. Bəzi mənbələr ilk olaraq məhz bu modelin 5 kameraya malik olacağını, dilə gətirir. Həmçinin kameralar smartfonun arxa panelinin mərkəzində yerləşdiriləcək.

Smartfonun bu sayda modullarının olacağı faktını, internetdə yayılan şəkillər təsdiq edir (smartfonun həm öz, həm də, keyslərinin şəkilləri). Modullardan beşi müxtəlif obyektivlər, ikisi işıq və əlavə ötürücülər üçün nəzərdə tutulub. Xarakteristika barədə məlumat verilmir. Lakin qeyd edilir ki, bu model “Ən yaxşı mobil çəkiliş flaqmanı” adı uğrunda mübarizə aparacaq.

Apple

2019-cu ilin sonu, payız fəslində Apple yeni nəsil iPhone təqdim edəcək. Təqdimata çox vaxt qalsa da, məlumata görə payız aylarında 3 model birdən təqdim olunacaq.

Yeniliklər arasında üçlü Apple A13 prosessoru, Lightning modulunun USB Type-C ilə əvəz olunması və Apple Pencil modulunun yeni rəqəmsal stilusları dəstəklədiyi barədə məlumatlar qeyd olunub.

İki əsas model, daha dar çərçivələrə malik olaraq “çıxıntı” – dan məhrum olacaq. Bütün ötürücülər və kamera birləşərək, displeydə yerləşdiriləcək. Face ID ilə yanaşı Touch ID funksiyasının ekrana inteqrasiya edəcəyi də, qeyd edilir.

Beləliklə, tam əminliklə qeyd etmək olar ki: 2019-cu il bir çox aparıcı telefon şirkətlərinin yeni nəsil smartfonları üçün "təqdimat ili" olacaq.

 

Mənbə: Banco.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR