Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

2018-ci ilin ən təhlükəsiz avia şirkətləri

2018-ci ilin ən təhlükəsiz avia şirkətləri
Sakura

2018-ci ilin ən təhlükəsiz avia şirkətləri

JACDEC (Jet Airliner Crash Data Evaluation Center) sərnişin aviasiyasının aviaqəza məlumatlarının qiymətləndirilməsi üzrə alman Mərkəzinin tərtib etdiyi illik reytinqi nəzərinizə çatdırırıq.

JACDEC reytinqi 1973-cü ildən dərc olunur. O, dünyanın 100 ən böyük avia şirkətinin təyyarələri ilə baş verən avia hadisə və qəzaları haqqında informasiyanın analizinə əsaslanıb. Keçən ildən son 30 il ərzində avia hadisəsələrin sayından başqa avia şirkətlərin reytinqdəki vəziyyətinə əlavə parametrlər təsir edir: əməliyyat fəaliyyəti, bu və ya digər ölkədə nizamlayıcının, avia şirkət nəzarətçisinin səriştəsi, marşrut xəttinin özəllikləri. Həmçinin indi hər hansı hadisənin köhnəlik müddəti çox olduqda, onun ümumi qiymətləndirməyə təsiri daha azdır. Bütün amillər nəzəri cəhətdən “100% təhlükəsizlik” verən hər kəs üçün vahid düstura əsasən, qiymətləndirməyə əlavə olunur.

2018-ci ilin ən təhlükəsiz 10 avia şirkəti 1. Finnair (Finlandiya) 2. Scoot Tigerair (Sinqapur) 3. Norwegian Air Shuttle (Norveç) 4.  Emirates (BƏƏ) 5.  Air Europa (İspaniya) 6. Transavia (Niderland) 7.  Etihad Airways (BƏƏ) 8. Virgin Atlantic Airways (Böyük Britaniya) 9. KLM (Niderland) 10. Jetstar Airways (Avstraliya).

Finnair reytinqin qalibi olmaqla 93,91% etibarlılıq göstəricisi əldə etdi. Garuda Indonesia üçün bu göstərici 52,11% təşkil etdi.

2017-ci ilin nəticələrinə görə reytinqdə ilk yeri Emirates avia şirkəti tutdu.

JACDEC məlumatlarına əsasən, 2018-ci ildə vətəndaş aviasiyasındakı hadisələrdə 562 insan tələf olub ki, bu da 2017-ci ildən çoxdur. Bununla belə, JACDEC qeyd edir ki, ildə 4 milyardı keçən sərnişin axını ilə aviasiya ən təhlükəsiz nəqliyyatdan biri olaraq qalır. 

 

Mənbə: National Georraphic Russia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR