Dünyanın ən xoşbəxt sakinləri olan ölkəsi seçildi, Azərbaycan və Ermənistan neçənci yerdədir?
Norveçin sakinlər Yerdə ən xoşbəxt insanlar seçildi. Bu barədə britaniya jurnalı The Spectatorun dərc etdiyi reytinq cədvəli deyir. Seçim meyarları bunlardır: qayğıkeşlik, azadlıq, alicənablıq, dürüstlük, gəlir və yaxşı idarəetmə.
Onların göstəriciləri bir-birincə o qədər yaxındır ki, hətta kiçik dəyişikliklər belə ildən ilə reytinq siyahısını dəyişdirə bilər. Norveç neftin ucuz qiymətinin ucuzlaşmasına baxmayaraq ən yüksək yerə qalxıb.
İkinci və üçüncü yerdə bu siyahıda Danimarka və İslandiya qərar tutur. ABŞ 14-cü yerdə, Böyük Britaniya isə 15-ci yerdədir. 34-cü yrdə Səudiyyə Ərəbistanı 34-cü yerdə qərar tutub.
Azərbaycan bu siyahıda 85-ci yerdə qərar turub. Ermənistan isə 121-ci yerdə Hindistandan bir pillə yuxarıdadır. Rusiya 49, Türkiyə 69, Çin isə 79-cu yerdədir.
2008-ci illə müqayisədə xoşbəxtlik göstəricisi ən çox dəyişilmiş siyahıda ilk yeri Nikaraqua tutub. Moldova 5, Rusiya 7, Azərbaycan 18, Almaniya 25, Türkiyə 33, Ermənistan 94-cü yerdədir.
İşdən məmnunluq statistikasi belədir: İlk yerdə Avstriya, Kanada 15, Almaniya 16, Kipr 21, Qətər 28, Böyük Britaniya 31, Fransa 35, ABŞ 42, Monqolustan 61, Türkiyə 93, Rusiya 94, Ukrayna 102, Moldova 115, Azərbaycan 116, Ermənistan 154-cü yerdədir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət