Dərc edildi: Baxış sayı: 189
Zurabişvili seçkilərin nəticələrini tanımadı
Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə səsləyib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda “Sputnik Georgia” məlumat yayıb.
Brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını bildirib.
“Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Zurabişvili seçkilərin nəticələrini tanımadığını da bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət