Zurabişvili Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib.
Ens.az Trend -ə istinadən xəbər verir ki,bu barədə gürcü mətbuatına istinadən xəbər verir.
"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - deyə Zurabişvili vurğulayıb.
Qeyd edək ki, parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93 faiz (1 118 796 səs) səs ilə liderdir.
MSK-dan bildirilib ki, 3111 seçki məntəqəsindən 3109-nun nəticələrinə baxılıb, bu da bütün məntəqələrin 99,936 faizini təşkil edir.
“Dəyişiklik naminə” koalisiyası (Qvaramiya, Melia, “Qirçi - daha çox azadlıq”, “Droa!”) 11,03% (228 821 səs), “Birlik - Milli Hərəkat” koalisiyası - 10,161% (210 787 səs), “Güclü Gürcüstan” koalisiyası (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”) – 8,814% (182 839 səs), “Gürcüstan üçün Qaxariya” partiyası – 7,771% (161 215 səs) səs toplayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət