Slimfit
  1. AZƏRBAYCANLI

Zülfüqar Hacıbəyov və Azərbaycanda Musiqili Milli Teatr

Zülfüqar Hacıbəyov və Azərbaycanda Musiqili Milli Teatr
Sakura

Hacıbəyov, Zülfüqar Əbdül-Hüseyn oğlu

Azərbaycanda opera sənətinin banisi olan Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadə-Hacıbəyovun atası Zülfüqar Hacıbəyov böyük teatr xadimləri H. Sarabski, M.X. Terequlov, M. M.Məmmədov, M.A.Əliyev, A. Ağdamski və b. ilə birgə Azərbaycan musiqi teatrının təşəkkülündə mühüm rol oynayıb.

Özü müstəqil şəkildə musiqini öyrənmişdi. Buna baxmayaraq, indi də aktuallığını qoruyan əsərlər yaradıb.

1915-ci ildə "Aşıq-Qərib" (1988-ci ildə Abaşidze ilə bir komandada gözəl rejissor Parajanov tərəfindən ekranlaşdırılıb), "Üç aşıq" (tamamlanmayıb), "Nüşabə" (tamamlanmayıb) operalarının müəllifidir. "Əlli yaşında cavan" (1909, Bakı), "Zəngin adam" (1911, Tiflis), "Evliykən subay" (1911, Tiflis) musiqili komediyalarını yazıb. O, 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesiəsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Mənbə: moltes moltes

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR