Slimfit
  1. DÜNYA

Zükerberq "Facebook"-un bölünməsi təklifinə qarşı çıxıb

Zükerberq "Facebook"-un bölünməsi təklifinə qarşı çıxıb
Sakura

Zükerberq "Facebook"-un bölünməsi təklifinə qarşı çıxıb

Mark Zükerberq rəhbəri olduğu "Facebook", "Instagram" və "WhatsApp"-ın bölünərək ayrı-ayrı şirkətlərə çevrilməsi təklifini qəbul etməyib.

ONA-nın məlumatına görə, M. Zükerberq "France Info" telekanalına müsahibəsində deyib ki, bu, sosial şəbəkələrlə bağlı problemlərin həllinə kömək etməyəcək.

Qeyd edək ki, belə bir təkliflə "Facebook"-un təsisçilərindən biri olan Kris Xyuz çıxış edib. M. Zükerberq demokratiyanı dəstəkləyən və seçkilərə müdaxiləyə qarşı mübarizə aparanlar içərisində şirkət sahibi olanlara da tövsiyə verib: "Şirkət sahibi olanlar seçkilərə müdaxiləyə qarşı mübarizə üçün müasir vasitələrin yaradılması üçün bizim kimi il ərzində milyardlarla dollar sərf edə bilər. "Facebook"-un təhlükəsizlik üçün 2019-cu ildə ayırdığı büdcə bir neçə il əvvəl birjaya çıxan zaman əldə etdiyi gəlirlərdən çoxdur. Bu, şirkətin biznesini uğurlu qurmasının nəticəsidir".

Qeyd edək ki, şirkətin vitse-prezidenti Nik Kleqq də "Facebook"-un bölünməsinin əleyhinə çıxış edib: "Uğuru cəzalandırmaq olmaz. "Facebook"-u bölmək yox, üzərində nəzarəti təmin etmək lazımdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR