Dərc edildi: Baxış sayı: 5991
Zikri Ərdəbili - Dövri-rüxsarına geysuyi-pərişan düzülüb
Dövri-rüxsarına geysuyi-pərişan düzülüb,
Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Əsmə, ey badi-səba, pozma nizami-zülfün,
Ki, nizamilən ona çox dili-viran düzülüb.
Necə tərsabeçədir bu ki, qiyam eyləyibən,
Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb.
Gül üzündə görübən daneyi-dürri-ərəqi,
Belə sandım ki, gül övrağına mərcan düzülüb.
Şərbəti-ləlini bimar könüllər istər,
Bir içim sudan ötrü, gör necə ətşan düzülüb.
Ey kamanqaş, bu qədər atma xədəngi-müjgan,
Ehtiyat eylə ki, amacına çox can düzülüb.
Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri,
Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət