Slimfit
  1. SİYASƏT

"D-8-ə üzvlük Azərbaycana böyük inam və etimadın göstəricisidir" - Aydın Hüseynov

"D-8-ə üzvlük Azərbaycana böyük inam və etimadın göstəricisidir" - Aydın Hüseynov
Sakura

"D-8-ə üzvlük Azərbaycana böyük inam və etimadın göstəricisidir" - Aydın Hüseynov

"Regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərən iri iqtisadi layihələrin gerçəkləşdiyi Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü qüruvericidir. Bu hadisə dövlət başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin göstəricisidir. Dekabrın ayının 19-u 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilməsini tarixi hadisə kimi qiymətləndirmək olar". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycanın D-8-ə üzvlüyü Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir:

"Azərbaycan ilk dəfə 2017-ci ildə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə təmsil olunub. 2017-ci ildə Zirvə görüşündə iştirakı zamanı çıxış edən dövlət başçısı Azərbaycanın beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulamışdı. Prezident çıxışında bildirmişdi ki, Azərbaycan tərəfdaşları ilə birgə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsini icra edir. Bununla yanaşı Prezident öz çıxışında inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə ən qısa yol olacağını diqqətə çatdırmışdı.

Bu gün isə məlum olduğu kimi artıq Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri müvəffəqiyyətlə istismara verilib və bu kəmərlə milyardlarla kub metr qaz nəql olunur. Artıq uğurla fəaliyyət göstərən, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmiryolu Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Cənab Prezidentin də vurğuladığı kimi bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açır". 

Deputat qeyd etdi ki, Azərbaycanın üzvlüyü İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

 

"Təşkilat üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Ölkəmizin mühüm iqtisadi potensiala malik D-8-ə üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstərcisidir. Səkkiz müsəlman ölkəsini birləşdirən D-8 təşkialtına Azərbaycanın üzvlüyü İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. Dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub və bu, bizim üçün qürur mənbəyidir. Bu mühüm hadisənin baş verməsi Azərbaycanın dünya miqyasında nüfuzunun artmasından xəbər verməklə yanaşı, sabit və təhlükəsiz bir ölkə olaraq, regionda əhəmiyyətli iqtisadi layihələrin sahibi olan Azərbaycana böyük inam və etimadın göstəricisidir", - deyə Aydın Hüseynov vurğuladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR