Slimfit
  1. İDMAN

Zidanın qayıdışından sonra “Real Madrid” ilk məğlubiyyətini alıb

Zidanın qayıdışından sonra “Real Madrid” ilk məğlubiyyətini alıb
Sakura

Zidanın qayıdışından sonra “Real Madrid” ilk məğlubiyyətini alıb

Aprelin 3-də İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, günün mərkəzi matçı “Valensiya” ilə “Real Madrid” arasında oynanılıb. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarına Qedeş və Qaray imza atıblar. “Kral klubu”nun yeganə qolunu isə matçın son saniyələrində Benzema vurub.

Qeyd edək ki, bu, Zinəddin Zidanın “Real Madrid”ə qayıdışından sonra komandanın ilk məğlubiyyəti olub.

Günün digər qarşılaşmalarında isə aşağıdakı hesablar qeydə alınıb:

“Ueska” – “Selta” – 3:3

“Atletik Bilbao” – “Levante” 3:2

“Eybar” – “Rayo Valekano” – 2:1.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR