Slimfit
  1. ELM

Zərf (nitq hissəsi)

Zərf (nitq hissəsi)
Sakura

Zərf (nitq hissəsi) - iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən…

Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar.

Zərf sintaktik baxımdan müstəqil və pronominal olurlar. İşlənməsi baxımdan zərflər adverbial və predikativ olurlar . Bəzən də təyin kimi çıxış edirlər.

Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur. Məsələn:

Maşın sürətlə gedir.
Biz sabah kəndə getməliyik.
Təyyarə yuxarı qalxdı.

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:

Mən sakit danışmağı xoşlayıram.
Kişi təəccüblə mənə baxaraq dedi.
Ucadan danışan oğlan Turaldır.

Bu cümlələrdəki, sakit, təəccüblə və ucadan zərfləri felin təsriflənməyən formalarına – məsdər, feli bağlama və feli sifətə aiddir.

 

Zərfin quruluşca növləri

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zərflər bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s.

Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:

  • ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s.
  • casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s.
  • yana², -anə: dostyana, dahiyanə, şairanə və s.
  • dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
  • la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
  • akı²: yanakı, çəpəki və s.
  • ən: daxilən, qəsdən, ruhən, qəlbən və s.
  • da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s.

Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən vurğu qəbul etmir (vurğu altına düşmür). Məsələn: dostcasına, vüqarla, qəlbən və s.

-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – [ehtiyatnan], təəccüblə – [tə:ccübnən] və s.

Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:

  1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
  2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
  3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
  4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
  5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. (Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir).
  6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.
  7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.

Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.

 

Zərfin mənaca növləri

Zərfin mənaca dörd növü vardır:

  1. Tərzi-hərəkət zərfi
  2. Zaman zərfi
  3. Yer zərfi
  4. Kəmiyyət zərfi

 

Tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.bezi zerfler isimin adliq halindan basqa yiyelik,yonluk,yerlik ve cixisliq kimi adlarla islene bilir buna gorede terzi-hereket zerfi hereketin icra terzini bildirir ve nece?.ne cur? sulallarindan birine cavab verir meselen:yaxsi oxumaq pis olmaq ve s. bezen terzi-hereket zerfi

Yer zərfi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

Miqdar zərfi

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur

 

Yer zərfliyi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR