Dərc edildi: Baxış sayı: 457
"Zenit"in qapıçısı "Olimpiakos" klubu ilə müqavilə bağlayıb
Rusiyanın "Zenit" futbol komandasının qapıçısı Yuri Lodıgin Yunanıstanın "Olimpiakos" klubuna keçib.
"Report"un məlumatına 28 yaşlı qolkiper mövsümün sonunadək icarəyə götürülüb. Lodıgin bu mövsüm Rusiya Premyer Liqasında heç bir oyun keçirməyib. O, 14 dəfə ehtiyatda qalıb.
Qeyd dək ki, Yuri Lodıgin karyerasına Yunanıstanda başlayıb. O, yetirməsi olduğu "Ksanti"də 2009 - 2013-cü illərdə çıxış etdikdən sonra 800 min avroya "Zenit"ə keçib. Lodıgin Sankt-Peterburq komandasının heyətində 164 oyuna 157 top buraxmaqla yanaşı, Rusiya çempionu, ölkə kubokunun və iki dəfə Superkubokun sahibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət