Slimfit
  1. İDMAN

“Zenit”in baş məşqçisi: “Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”

“Zenit”in baş məşqçisi: “Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”
Sakura

“Zenit”in baş məşqçisi: “Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”

“Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

“Neftçi Arena”da baş tutan matçn ardından 47 yaşlı mütəxəssis təəssüratlarını bölüşüb: “Çox xoş ab-hava var idi. Azərbaycana səfər etdiyimiz, görüşün təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Yaxşı mübariz oyun oldu. Hər şeydən razı qaldıq. Oyun praktikası az olanlar və gənclər bu matçda iştirak etmək imkanı qazandılar”.

O, “Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzovun görüşdə dubl etməsinə münasibət bildirib: “İkinci qol çox gözəl alındı. Buna görə, Reziuanı təbrik edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər”.

19 il əvvəl Bakıya futbolçu kimi gəldiyini xatırlayan rusiyalı mütəxəssis Ruslan Abışovun vida matçına çıxması ilə bağlı da danışıb: “Ruslan Abışovun qolları və məhsuldar ötürmələri keyfiyyətli olub. Bunlar azarkeşlərin xatirəsində yadda qalacaq”.

Çalışdırıcı “Neftçi”nin güclü tərəflərindən də bəhs edib: “Neftçi” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Azərbaycanın ən populyar klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır. “Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur”.

O, Rusiya və Azərbaycan klublarının yay fasiləsində beynəlxalq turnirdə üz-üzə gəlmələri ideyasını dəstəkləyib: “Sparrinq baxımından belə hazırlıq matçları müsbət olar. “Match TV” Kuboku da bunun üçün təşkil olunmuşdu. Azərbaycan klubları ilə qarşılaşmaq bizim üçün maraqlı olar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR