Slimfit
  1. İDMAN

"Zenit" 6 qat Rusiya çempionu oldu

"Zenit" 6 qat Rusiya çempionu oldu
Sakura

"Zenit" 6 qat Rusiya çempionu oldu

"Zenit" klubu Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub. 

Ens.az Report.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi buna XXVI turda "Krasnodar" üzərində 4:2 hesablı qələbə sayəsində nail olub. Sergey Semakın baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik "Lokomotiv" üçün əlçatmaz olub. 

Beləliklə, "Zenit" ardıcıl 2-ci, tarixdə 6-cı dəfə Rusiya çempionluğuna yiyələnib və MOİK-ə çatıb. Ən çox qızıl medallara isə "Spartak" 10 dəfə nail olub. 

Qeyd edək ki, 1925-ci ildə yaradılmış "Zenit" 1984-cü ildə SSRİ çempionu, 2008-ci ildə UEFA Kuboku və UEFA Super Kubokunun qalibi olub. Komandanın aktivində 3 dəfə Rusiya Kuboku, 1 dəfə SSRİ Kuboku, 4 dəfə Rusiya Super Kuboku və 1 dəfə SSRİ Super Kuboku da var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR